Real Madrid-də Aleksander-Arnold 2 ay meydanlardan uzaq qalacaq
"Real Madrid"in İngiltərəli müdafiəçisi Trent Aleksander-Arnold sol ayağının bud əzələsində zədə səbəbilə 2 ay oynaya bilməyəcək. Klubun cümə axşamı yaydığı məlumata görə, futbolçu MRT müayinəsindən keçib və zədənin ciddiliyi təsdiqlənib.
Aleksander-Arnold La Liqada “Atletik” üzərində 3:0 hesablı qələbə ilə başa çatan oyunu yarımçıq tərk edib. Yay transfer pəncərəsində "Real"a qoşulan futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin qalan görüşlərini və ümumilikdə 13 matçı buraxacağı gözlənilir.
Reuters
Mələk Nəsirli
