00:00:00
Yazar
Səadət Əlizadə
08.07.2026 11:19 26 1 dəq oxuma
İdman

“Real Madrid”in sabiq baş məşqçiləri Premyer Liqada üz-üzə gələcək

“Real Madrid”in sabiq baş məşqçiləri Premyer Liqada üz-üzə gələcək

2026/27 mövsümündə Premyer Liqanın açılış turunun diqqətçəkən oyunlarından biri “Fulhem” və “Çelsi” arasında keçiriləcək.

 

"İnformator.az" xəbər verir ki, avqustun 24-də baş tutacaq London derbisi hər iki komandanın ispaniyalı baş məşqçisi üçün Premyer Liqada debüt matçı olacaq.

 

“Fulhem” iyulun 7-də Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu açıqlayıb. 43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

 

“Çelsi”ni isə yeni mövsümdən Xabi Alonso çalışdıracaq. Arbeloa ötən mövsüm “Real Madrid”də məhz Xabi Alonsonu əvəzləmişdi.

 

Qeyd edək ki, Alonso 2024/25 - 2025/26, Arbeloa isə 2025/26 mövsümündə "Real Madrid"i çalışdırıb.

#“real #sabiq #madrid”in #gələcək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər