"Real Madrid" Laliqa sıralamasında öz taxtına geri qayıdıb
"Real Madrid" "Getafe"yə qarşı 1:0 hesablı qalibiyyət əldə edib. Bu qalibiyyət komandanı "Barcelona"dan 2 xal fərq ilə yenidən birinci sıraya daşıyıb. İki güclü rəqibin qarşılaşmasını 26 oktyabr olacaq El Clásico matçında izləyəcəyik.
Mövzu haqqında idman mütəxəssisi Orxan Sübhan "İnformator.az"a açıqlamasında bildirib ki, El Clásico-ya artıq sayılı günlər qalıb:
"Bu elə bir oyundur ki, kimin qalib gələcəyini əvvəlcədən demək çox çətin bir məsələdir. Demək olar ki,bütün dünya bu matçı həyəcanla gözləyir. Düzdür, Cristiano Ronaldo və Lionel Messi-nin həmin bu rəqib komandalarda olduğu vaxtlar azarkeşlər daha həyəcan və həvəs ilə yanaşıblar, lakin buna baxmayaraq, indi də ən az həmin vaxtlardakı kimi həyəcan var. Bu dəfəki El Clásico-ya hansı komandanın daha hazır və güclü formada gələcəyini də demək qeyri-mümkündür. Laliqa komandaları əsas "Real Madrid", "Barcelona" və "Atletico Madrid"dir,qalanları ilə aradakı uçurum illərdir qapana bilmir. Bunu nəzərə alsaq, "Barcelona'' və "Real Madrid" özlərindən qat-qat aşağı səviyyədə olan komandalarla qarşılaşsalar da, böyük çətinliklərlə bura qədər gəliblər. Keçən mövsümə baxsaq "Barcelona" Flick-in başçılığı altında Laliqada bir çox uğura imza atıb və "Real Madrid"i qabaqlayıb. Lakin,eyni statistikanı bu il üçün demək mümkün deyil,çünki hər iki komandanın performansı qeyri-stabildir. Xabi Alonso-nun gəlişindən sonra "Real"ın oyunçularında stabillik çox az müşahidə olunur,həmçinin Flick-in "Barcelona" ilə ikinci ili olsa da, oyunçularda axsamalar bir çox məqamlarda hiss olunur. İllərdir ki, El Clásico səbirsizliklə gözlənilir ,bu il də yetərincə həyəcanlı bir oyun olacağı düşünülür".
Mələk Nəsirli
