00:00:00
Yazar
Admin User
03.03.2016 07:49 1097 1 dəq oxuma
İdman

“Real Madrid” “Levante”ni 3-1 hesabı ilə məğlub edib

İspaniya La Liqasının 27-ci həftəsində “Real Madrid” liqa sonuncusu “Levante”ni 3-1 hesabı ilə məğlub edib.
“Real Madrid” “Levante”ni 3-1 hesabı ilə məğlub edib

İspaniya La Liqasının 27-ci həftəsində  “Real Madrid” liqa sonuncusu “Levante”ni 3-1 hesabı ilə məğlub edib.

İnformator.az xəbər verir ki, matçın 34-cü dəqiqəsində penaltıdan Kriştiano Ronaldonun atdığı qolla 1-0 önə keçən “Real Madrid”, 38-ci dəqiqədə Dieqo Marinonun atdığı avtoqolla fərqi ikiyə çıxarıb. Buna qarşılıq olaraq ev sahibi komandanın oyunçusu Deyverson qol vurub və hesab 2-1 olub. İlk yarı bu xalla tamamlanıb. 2-ci hissədə “Levante” bərabərlik üçün çalışarkən 90-cı dəqiqədə Ronaldonun ötürməsi ilə topu “Levante”nin qapısına göndərən İsko matçı 3-1 hesabı ilə sona çatdıran oyunçu oldu.

Qeyd edək ki, “Real” bu qalibiyyətlə xalını 57-ə çatdırıb və üçüncü sıradakı yerini qoruyub saxlayıb. “Levante” isə 20 xalla 20-ci yerdə qalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər