00:00:00
Yazar
Admin User
28.10.2025 17:37 119 1 dəq oxuma
İdman

Real Madrid mövsümə uğurlu start verib: 13 oyunda 12 qələbə

Real Madrid mövsümə uğurlu start verib: 13 oyunda 12 qələbə

“Real Madrid” mövsümün əla startını davam etdirir. Komanda “El Klasiko”da “Barselona” üzərində 2:1 hesablı qələbə qazanaraq, cari mövsümdəki 13 oyunun 12-də qalib gəlib. Bu nəticə ilə Madrid klubu həm La Liqada, həm də Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

 

Xabi Alonsonun komandası La Liqada 9 qələbə ilə turnir cədvəlinə 5 xal fərqi ilə başçılıq edir. Çempionlar Liqasının ilk mərhələsində isə 3 oyundan maksimum 9 xal toplayıb. Ümumilikdə, madridlilər 30 qol vurub, 11-ni buraxıblar və bu mövsüm evdə keçirdikləri bütün oyunlarda qalib gəliblər.Son qələbə “Barselona”ya qarşı “Santyaqo Bernabeu” stadionunda qeydə alınıb. Kylian Mbappé və Jude Bellinghamın qolları Real Madridə 2:1 hesablı qələbə qazandırıb.

 

Real Madrid TV

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər