Real Madrid Mançester Siti ilə oyuna hazırlaşır
Real Madrid Çempionlar Liqasının 6-cı turu çərçivəsində Bernabeuda Mançester Siti ilə qarşılaşacaq (çərşənbə, saat 23:00).
Komanda qarşılaşmaya hazırlıqlara Real Madrid City-də start verib. Celta ilə oyunda ən çox oynayan futbolçular bərpa məşqlərini zalda keçiblər. Digər futbolçular isə meydanda sürətlənmə üzərində fiziki çalışmalarla başlayıblar. Daha sonra topa nəzarət, pressinq və hücum-müdafiə çalışmaları yerinə yetirilib. Məşq kiçik ölçülü meydançada oyunlarla davam edib və zalda taktiki çalışmalarla başa çatıb. Zədəlilər fərdi bərpa proqramları üzrə məşqləri davam etdirirlər.
Real Madrid
Mələk Nəsirli
