Real Madrid Olympiakos oyunu üçün hazırlıqlara başlayıb
Komandamız Çempionlar Liqasının 5-ci turunda səfərdə Olympiakosla keçiriləcək oyun öncəsi hazırlıqlara Real Madrid City-də start verib. Matç çərşənbə günü, yerli vaxtla saat 21:00-da Georgios Karaiskakis stadionunda baş tutacaq.
Martínez Valero stadionunda meydana çıxan start heyəti bərpa məşqlərini zalda tamamlayıb. Digər futbolçular isə decelerasiya (sürətin azaldılması) üzərində aktivləşdirmə məşqləri ilə başlayıblar. Daha sonra meydançaya keçərək mövqe və oyun inkişafı üzərində çalışmalar aparıblar. Məşq, kiçik ölçülü sahədə keçirilən mini oyunlarla başa çatıb. Mastantuono məşqin bir hissəsini komanda ilə birgə keçib. Alaba qapalı şəraitdə çalışıb. Carvajal və Militão isə fərdi bərpa proqramlarını davam etdirirlər.
Real Madrid
Mələk Nəsirli
