Real Madrid və Barcelona Avropadakı uğursuzluqdan sonra La Liqa-da toparlanmaq istəyir
La Liqa-nın liderləri olan Real Madrid və Barcelona, həftəsonu ölkə çempionatına qayıdaraq, Çempionlar Liqasında yaşadıqları uğursuz nəticələrdən sonra özlərinə gəlmək və beynəlxalq fasilə ərəfəsində inamı bərpa etmək niyyətindədirlər.
Turnir cədvəlinin zirvəsində yer alan Real Madrid 11 oyundan sonra 30 xalla birinci yerdədir və ikinci pillədəki "Barcelona"nı 5 xal qabaqlayır. Lakin güclü rəqiblərə qarşı qeyri-sabit çıxışlar, baş məşqçi Xabi Alonsonun rotasiya siyasətinə tənqidlərin artmasına səbəb olub. Komanda bazar günü "Estadio de Vallecas"da yerli rəqibi "Rayo Vallecano" ilə qarşılaşacaq və buraxılmış səhvləri düzəltməyə çalışacaq. Real Madrid bu həftə "Liverpul"a qarşı səfərdə 0:1 hesablı məğlubiyyət alıb. Belçikalı qapıçı Tibo Kurtua parlaq çıxışı ilə daha ağır məğlubiyyətin qarşısını alıb. Qapıçı fərqlənsə də, bu məğlubiyyət "Real"ın Avropada ən yüksək səviyyədə rəqabət apara bilməsi ilə bağlı suallar doğurub. Bu nəticə, iki həftə əvvəl "El Klasiko"da "Barcelona" üzərində 2:1 hesablı çətin qələbədən sonra yaranan optimizmi azaldıb.May ayında Karlo Ançelottidən sonra baş məşqçi təyin olunan Xabi Alonso, bütün turnirlər üzrə 21 oyunun 18-də qalib gəlib. Komanda indi uğursuzluğu unutduraraq La Liqa-da liderliyini daha da möhkəmləndirmək istəyir.
Reuters
Mələk Nəsirli
