Recep Tayyip Erdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb. Liderlər Türkiyə-İtaliya ikitərəfli münasibətlərini, həmçinin bölgəmizdəki münaqişəli proseslərin gedişini başda olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabında verilən məlumata görə, görüş zamanı Türkiyə-İtaliya ikitərəfli əlaqələri və bölgədə davam edən münaqişəli proseslərin gedişi ilə yanaşı regional və qlobal mövzular da müzakirə olunub.
Prezident Erdoğan görüşdə Türkiyə ilə İtaliya arasında əməkdaşlığı, xüsusilə, ticarət sahəsi başda olmaqla, bütün sahələrdə daha da inkişaf etdirmək üçün çalışdıqlarını bildirib.
Erdoğan həmçinin Türkiyənin İranda baş verən hadisələri və onların regiona təsirini yaxından izlədiyini, sabitliyi poza biləcək addımlardan çəkinilməsi üçün tərəflərə lazımi tövsiyələrin verildiyini qeyd edib.
TRT Haber
Səadət Əlizadə