Reddit işçilərinin bir qismini ixtisar edəcək
Sosial media platforması Reddit işçilərinin təxminən 5 faizini ixtisar etmək qərarına gəlib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, platformanın baş icraçı direktoru Steve Huffman şirkət işçilərinə göndərdiyi elektron məktubda təxminən 90 əməkdaşın işdən çıxarılacağını və işə qəbulun yavaşladılacağını bildirib.
Xatırladaq ki, artan inflyasiya və mümkün risklərə görə bir çox texnologiya şirkəti keçən ildən etibarən minlərlə insanı işdən çıxarmaq və yeni işçi qəbulunu bir müddət dayandırmaq qərarına gəlib.
