Region Liqasında intizam pozuntularının nəticəsi
AFFA İntizam Komitəsi Region Liqasında və aşağı yaş qrupları üzrə çempionatlarda baş verən intizam pozuntuları ilə bağlı bir sıra sərt qərarlar qəbul edib. Azarkeşlərin meydana daxil olması, təhlükəsizliyin təmin olunmaması və komandaların oyuna çıxmaması bir neçə klub üçün texniki məğlubiyyətlə nəticələnib.
“Region Liqasında belə hadisələrin tez-tez yaşanmasının əsas səbəbi onun həvəskar çempionat olmasıdır”.
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, oradakı futbolçular da, məşqçilər də peşəkar deyillər:
“Azarkeşlərin meydana müdaxiləsi, daxil olması klublar üçün sadəcə cərimə mövzusunda təhlükə yaradır. Belə hallarda azarkeşlərin olduğu klub müəyyən miqdarda cərimə olunur. Liqa üçün isə heç bir təhlükəsi olmur. Region Liqasında çıxış edən əksər klubların xüsusi bir məqsədi olduğunu düşünmürəm”.
Zəhra Möhübbətova
