00:00:00
Yazar
Admin User
15.09.2022 16:52 625 1 dəq oxuma
Sosial

“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi layihəyə start verdi

“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi layihəyə start verdi
“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi layihəyə start verdi

“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə“İşğaldan azad edilən ərazilərin məşğulluq və biznes potensialı: “Böyük Qayıdış”ın əsası kimi”mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihənin əsas məqsədi məcburi köçkünlərin, biznesin və digər maraq qruplarının azad edilən ərazilərə köçürülməsinin səmərəliliyinin artırılması, “ağıllı köç” prinsipinə uyğun olaraq gediləcək bölgələrdə məşğulluğun tələblərinə hazırlıqlı icmaların yaradılmasıdır.

Layihə çərçivəsində ilk tədbir 22 sentyabr 2022-ci il tarixdə Binəqədi rayon Gənclər evində keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirdə işğaldan azad olunmuş ərazilərdə məskunlaşma, bərpa və inkişaf fəaliyyətlərinin tam sürətlə icra olunmasına, işğaldan azad edilən ərazilərdə Azərbaycan hökuməti tərəfindən layihələndirilən davamlı məskunlaşdırma siyasətinin dəstəklənməsi, icmaların məsələyə pozitiv münasibətinin daha da gücləndirilməsi, ön yarğıların və narahatlıqların aydınlaşdırılması və “Böyük qayıdış” dövrünə hazırlıqdır.

Tədbirdə ölkə əhəmiyyətli kütləvi informasiya vasitələrində işğaldan azad edilən ərazilərin iqtisadi potensialı, sosial-iqtisadi inkişafını dəstəkləyən proqramlar, iqtisadi fəaliyyətlərin və əmək bazarında iştirakılığın təşviqi mexanizmləri, həmin ərazilərdə məskunlaşma üçün yaradılacaq imkanlar və üstünlüklər haqqında məlumatlar öz əkisini tapacaqdır.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər