00:00:00
Yazar
Admin User
10.10.2023 16:19 436 1 dəq oxuma
Sosial

Regionda elmi, mədəni inkişafın olmağı universitetin tikilməyi ilə əlaqədardır

Regionda elmi, mədəni inkişafın olmağı universitetin tikilməyi ilə əlaqədardır

"Ağdamda Qarabağ Universiteti tkiləcək. Yeni universitetdə tibb təhsili veriləcək-Elm və Təhsil Naziri Emin Əmrullayev".

İnformator.az-ın növbəti müsahibi, təhsil eksperti Qoşqar Məhərrəmov Ağdamda tikiləcək Qarabağ Universitetinin çox gözəl təşəbbüs olduğunu hesab edir. Ekspert deyir ki, regionda elmi, mədəni inkişafın olmağı universitetin tikilməyi ilə əlaqədardır. Bu təşəbbüs münasibətilə həm dövlətimizi, həm də təşəbbüskarları alqışlayıram, təqdirəlayiq təşəbbüsdür.

“Regionda universitet tikilirsə, regionun ehtiyacı qeydə alınmalıdır. Məncə, həmin regionda heyvandarlıq, kənd təsərrüfatı aktualdır. Ona görə də regionun ehtiyacına uyğun olaraq veterenarlıq, yəni baytarlıq sahəsi, tibb ixtisasları, kənd təsərrüfatı mühəndisliyi, mədənçilik, biologiya, biotexnologiya sahələri müsbət dəyişikliyə səbəb ola bilər”.

Ekspert sonda qeyd edib ki, bu ixtisaslar regiona elmi nəticələri ilə töhfə verə bilər.

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər