Rejim dəyişikliyi, yoxsa enerji müharibəsi?
İranda davam edən etirazlar və Trampın sərt bəyanatları göstərir ki, gərginlik təkcə rejim dəyişikliyi məqsədi ilə məhdudlaşmır. Ekspertlərin fikrincə, İranın enerji resursları, nüvə imkanları və Hörmüz boğazında strateji yerləşməsi qlobal güc mübarizəsinin əsasını təşkil edir. İranda potensial qeyri-sabitliyin Yaxın Şərqdə münaqişə, miqrasiya və qlobal gərginlik riskini artıra biləcəyi vurğulanır.
İranda həftələrdir etirazlar davam etsə də, ABŞ prezidenti Donald Trampın sərt bəyanatları Tehran və Vaşinqton arasında gərginliyi daha da artırır. Bu hadisələr təzyiqin sırf rejim dəyişikliyinə yönəlib, yoxsa İranın strateji aktivlərinə görə daha geniş güc mübarizəsinin bir hissəsi olub-olmaması ilə bağlı suallar doğurur.
Məsələyə münasibət bildirən dosent Şuay Nilhan Açıkalın İrana təzyiqlərin çoxşaxəli olduğunu bildirib. Açıqalın, "Öncə enerji qaynaqları, İranın nüvə gücünə sahib olmasının qarşısının alınması, bu potensialın aradan qaldırılması və İsrailin bölgədə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən müxtəlif siyasətlərin nəticələrini görürük",-deyib.
Dosent Serkan Gündoğdu İranla bağlı siyasətlərin qlobal tarazlıqlarla bağlı olduğunu vurğulayaraq, prosesi daha geniş prizmadan dəyərləndirib. Gündoğdu, "Rusiyanın Ukrayna ilə bağlı böhranı və davam edən müharibə fonunda Trampın hərəkətlərini nəzərə alaraq, bu hərəkətləri cəbhələri zəiflətməyə və ya mövcud qüvvələrə qarşı müqaviməti artırmağa yönəlmiş qlobal strategiya kimi şərh edirəm",-deyib.
Aydan Əsgərxanlı
CNN Türk
