00:00:00
Yazar
Admin User
20.11.2023 15:41 319 2 dəq oxuma
Sosial

Reklam edilən dərmanlarla bağlı diqqətli olun...

Reklam edilən dərmanlarla bağlı diqqətli olun...

Gündəlik həyatda qarşılaşdığımız təəssüfləndirici hallardan biri də "whatsapp" statuslarında və ya digır sosial şəbəkələrdə mütəxəssis olmayan şəxslərin dərman satışı ilə məşğul olmasıdır. Vitamin və ya arıqlamaq üçün vasitə adı altında satılan bu dərmanların tərkibini bilmədən, həkimlə məsləhətləşmədən alan şəxslər var.
Bəs, bu dərmanların ziyanları nələrdir? Bir dərman hər orqanizmə uyğun ola bilər mi? Bu dərmanlar hansı fəsadlara səbəb olur?

 

Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti həkim-farmakoloq Aydın Əliyev sözügedən məsələ ilə bağlı informator.az- a açıqlama edib.

 

“Təəssüf ki, həkim göstərişi olmadan dərmanların satışı ilə məşğul olan şəxslər var. Məsələn, İlahiyyat və tibb elmi elədir ki, hər kəs bu iki elm haqqında mütəxəssis olmadan da danışa bilir. Bu isə mənfi və qorxulu nəticələr yaradır. Həkimlər xəstəyə diaqnoz qoyduqdan sonra, uyğun müalicə üçün də dərman seçir. Çox saylı reklamlar vasitəsilə bu dərmanlar təbliğ edilir, ancaq dərmanların reklamla əhaliyə satılması çox ziyanlıdır”.

 

Aydın Əliyev düşünür ki, dərmanın reklamını da, seçimini də həkim etməlidir.

 

“İstənilən vitamin və ya qeyri-vitaminin insan bədəninə daxil olması, ancaq həkim göstərişi ilə olmalıdır. Məsələn, qan azlığının hipoxrom anemiya növu var. Bu zaman dəmir preparatlardan istifadə edilir, hiperxrom anemiya növündə isə B12 vitamini qəbul edilir. Ancaq bəzi şəxslər "anemiya" xəstəliyini eşidib, formasına baxmadan, həkim diaqnozu qoymadan dərman qəbul edir”.

 

Həkimin məsləhətinə əsasən, karbohidratı, şəkəri, un məhsullarını az qəbul etməklə, dərman istifadə etmədən də arıqlamaq mümkündür.

 

“Təbii ki, xəstəliklər, hormonal hallar nəticəsində kökəlmələr olarsa, həkim göstərişi ilə qəbul edilə bilər. Xəstəliklə əlaqəli deyilsə,dərmana ehtiyac yoxdur", - deyə həkim əlavə edib.

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər