00:00:00
Yazar
Admin User
27.07.2023 11:33 261 1 dəq oxuma
Sosial

Reklamlara aldanmayın!

Reklamlara aldanmayın!

Bir sıra ticarət markaları müştəri cəlb etmək üçün məhsullarını olduğundan daha artıq təqdim edir.

 

Şişirtmə reklama aldananlardan biri də Rəvan Mehdiyevdir. Rəvanın sözlərinə görə, aldığı telefon digər markalardan üstün qələmə verilsə də, istifadəsi zamanı onun başqalarından heç də fərqlənmədiyini aşkar edib. Rəvan Mehdiyev başına gələn bu hadisədən sonra daha da diqqətli olmağa çalışdığını deyir.
20 ildən artıq ki, marketinq sahəsində çalışan Böyükağa Hacıyev isə deyir ki, bəzi məhsullar var ki, onların reklam edilməsi və təbliği yolverilməzdir. Belə ki, düzgün marektinq strategiyasının qurulması şirkətin nüfuzuna birbaşa təsir edən amillərdən biridir.


Bu məsələ ilə bağlı Dövlət Reklam Agentliyi sahibkarlar arasında maarifləndirmə işləri də aparır. Qurumun mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə, qanuni tələblərə cavab verməyən reklam elanları dərhal ləğv edilir və sahibkara bununla bağlı xəbərdarlıq edilir. “Düzgün reklam strategiyasının qurulması şirkətin imici və gələcək uğurları üçün əsas məqam hesab edilir”.

Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər