“Rekord sayda raket” Ukraynaya zərbə endirib, -20 dərəcə şaxtada minlərlə insan istiliksiz qalıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji sektorunu hədəf almaq üçün rekord sayda ballistik raketdən istifadə edib.
Özəl enerji şirkəti DTEK-in məlumatına əsasən, raket və dronlarla həyata keçirilən birgə hücumlar Kiyevdə və ölkənin bir neçə bölgəsində elektrik stansiyalarını və infrastrukturu vuraraq bu il ərzində “ən güclü zərbə” olub. Hücumlar havanın temperaturu -20 dərəcəyədək (-4°F) düşdüyü bir vaxtda həyata keçirilib və nəticədə paytaxtda min mindən çox çoxmərtəbəli yaşayış binası yenidən istiliksiz qalıb. Şərqdə yerləşən Xarkov şəhərində isə bir elektrik stansiyası tamamilə yararsız hala düşüb. Zelenski bildirib ki, Rusiya bu müharibəni bitirmək üçün diplomatiya əvəzinə “terroru və eskalasiyanı seçir” və Ukraynanın müttəfiqlərini Moskvaya qarşı “maksimum təzyiq” göstərməyə çağırıb.
BBC News
Banuçiçək Məmmədova
