00:00:00
Yazar
Admin User
14.07.2023 06:46 250 2 dəq oxuma
Sosial

Restoran müştəridən əlavə servis haqqı tələb edə bilər?

Restoran müştəridən əlavə servis haqqı tələb edə bilər?

Bu günlərdə sosial şəbəkələrdə restoranlardan birinə məxsus qəbz haqqında çox danışıldı. Söhbət 25 faizlik servis haqqından gedir. Restoranda əyləşib istədiyin qidanı sifariş verirsən, yeyib-içəndən sonra sirafiş verdiklərinlə yanaşı, o sifarişi təqdim edənlər üçün də servis haqqı ödəməli olursan - 25 faiz. Bu vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. İlk deyil deyənlər də oldu, anormal haldı deyənlər də.

 

Əməkdaşımız qəbzin çəkilib paylaşıldığı dənizkənarı restoranın sahibini də danışdırıb, sahənin mütəxəssislərini də.

 

Sözügedən çekdə 430 manat yeyib-içdiklərinin pulu, 107 manat 50 qəpik isə servis haqqı, yekun məbləğ isə 537 manat 50 qəpik göstərilib. Bir çoxları iddia edir ki, qəbzdə göstərilən 25 faiz menyuda göstərilmir, yəni sonradan tələb edilir. Sahibkar Firudin Veyisov isə əksini deyir: “Müştəri hansı qidaları sifariş veribsə, həmin sifarişlər bir-bir gətirilib. Ümumi cəm məbləğ toplanıb dörd yüz neçə manat görsənir. Amma 25 faiz həmin hesabın 25 faizi şouproqrama görə üzərinə gəlir. Şouproqrama tanınmış hər bir sənətçinin çıxışı, uşaqlar üçün sirk kimi fəaliyyətlər daxildir".

 

Restoran sahibi xidmətçilərə əməkhaqqı verilmədiyi və onların pulunun müştəridən bu şəkildə alınması iddialarına da belə aydınlıq gətirdi: “Bu, mümkün olan bir şey deyil, 25 faiz müştəridən alınıb xidmətçiyə verilsin? Restoranın öz büdcəsi var, həmin menyudan qazanılan qazanc buradakı xidmətçilərin maaşına gedir”.

 

Sahibkar onu da deyir ki, 25 faizlik xidmət haqqı ilə bağlı müştəri əvvəlcədən məlumatlandırılır. Hətta bütün menyuların üzərində böyük hərf və rəqəmlərlə qeyd olunur. Bunu bizə əyani şəkildə də təqdim etdi.

 

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, burada önəmli olan məqam servis haqqının əvvəlcədən müştəriyə elan edilməsidir: “Əgər müştəri bu servis haqqı ilə razılaşaraq restoranın xidmətindən istifadə etməyə davam edirsə burada edəcək bir şey yoxdur, qanun pozuntusu yoxdur. Amma yox, müştəri bundan xəbərdar olmursa sonradan sürpriz şəklində hesab gələrkən əlavə servis xidmət haqqı təqdim olunursa, müştəri bunu verməyə də bilər, çünki bu, artıq müştərinin hüquqlarının pozulmasıdır”. Ekspert onu da bildirdi ki, dünyanın bir çox yerində restoranlarda əlavə xidmət haqqı tələb edilir və bu qanun pozuntusu hesab edilmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər