00:00:00
Yazar
Admin User
25.09.2023 17:39 280 1 dəq oxuma
Sosial

Restoranlarda əlavə xidmət haqqı tələbi

Restoranlarda əlavə xidmət haqqı tələbi

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən kafe və restoranlarda “xidmət haqqı” adı altında əlavə ödəniş tələb olunur. Belə ki, yekun hesabın üzərinə ümumi məbləğin 5-10 faizi də əlavə edilir.

 

Məsələ ilə bağlı, hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik. Onun sözlərinə görə, restoranlara gedən müştərilərin hər biri, öz sifariş haqqlarından əlavə, xidmət haqqının da mövcudluğunu öncədən bilməlidir:

 

“Restoranlar, kafelər menyu haqqından əlavə xidmət haqqı ilə bağlı girişə müəyyən elanlar yerləşdirməlidir. Müştəri bu halı öncədən bilərsə, razılıq edərək, əlavə xərci də ödəməlidir. Amma restoran sahibi bununla bağlı, müştərini xəbərdar etmirsə və xidmət haqqı tələb edirsə, bu, qanuna ziddir. Məhz buna görə müştəri əlavə xərc ödəməyə də məcbur deyil. Bu halda məsuliyyət restoran sahibinin üzərinə düşür”.

 

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər