00:00:00
Yazar
Güllər Gülhüseynova
07.11.2026 17:43 18 1 dəq oxuma
Dünya

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.

 

Onların sözlərinə görə, ötən həftə keçirilən müşavirədə M.Rubio qərarların razılaşdırılmadan qəbul edilməsini tənqid edib. O, əhəmiyyətli təşəbbüslərin onun özü və ya dövlət katibinin müavini Kristofer Landau tərəfindən təsdiqlənməsini tələb edib.

 

"Görüş ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoylun istefasından sonra baş tutub. Media orqanları onu ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmiləri ilə ödəniş müqabilində əlaqələrin qurulmasını təşkil etməkdə ittiham edib. O, ittihamları rədd edib", - agentliyin mənbələri vurğulayıblar.

#azərbaycan #edib #rubio #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər