Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırıb
Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.
"İnformator.az" xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda qeyd olunub.
"Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.
Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır", - Ərdoğan bildirib.