00:00:00
Yazar
Admin User
07.02.2025 15:10 229 1 dəq oxuma
Sosial

Revmatizm- əlamətləri nələrdir?

Revmatizm- əlamətləri nələrdir?

Revmatizm infeksion xəstəlik sayılır. Qarşısı alınmadıqca, bakterialar toxumaları zədələməyə başlayır. 

 

Məsələ ilə bağlı həkim Aydın Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bakteriyalarla, infeksiyalar protein əlaqəyə girir:

 

"Nəticədə isə, maddələr mübadiləsi pozulur. Revmatizm haqqında həkimlərin bir fikri var ki, revmatizm oynaqlar qıdıqlayır, ürəyin qapaqlarını zədələyir. Ağrı, şişkinlik, temperator, qızartı məhz revmatizmanın əlamətləridir. Bir neçə il keçdikdən sonra, həmin revmatizm ürəyin qapaqlarını zədələyir. Təbii ki, infeksiyalar insanın orqanizminə düşdükdə, bakteriyalar revmatizmanı yaradır, nəticə də, isə bütün orqanizmi zədələyir. Sadəcə oynaqları yox, bütün orqanizmi zədələyir. Yuxudan oyananda yorğunluq, gərginlik, ağrı hiss olunur. Qan analizi vermək lazımdır ki, xəstəlik dəqiqliklə müəyyən olunsun. İmmun sistemin gücləndirilməsi üçün dərmanlar məsləhət görülsün".

 

Nigar Səmədli 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər