Rezidentura imtahanlarının birinci mərhələsi iyulun 16-da keçiriləcək
Dövlət İmtahan Mərkəzi iyulun 16-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə imtahan keçirəcək.
İnformator.az xəbər verir ki, Bakı və Naxçıvan şəhərlərində baş tutacaq prosesdə 1044 namizədin iştirakı nəzərdə tutulub. İmtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.
Prosesin idarə edilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 rəhbər, 5 ümumi rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı və 5 bina nümayəndəsi ayrılıb.
