00:00:00
Yazar
Elmira Ağayeva
25.09.2026 17:11 24 2 dəq oxuma
Sosial

Rinoplastika nə vaxt riskə çevrilir?

Rinoplastika nə vaxt riskə çevrilir?

Azərbaycanda tələbənin burun əməliyyatından sonra vəfat etməsi estetik cərrahiyyə və rinoplastikanın risklərini yenidən gündəmə gətirib. Burun əməliyyatına son illərdə yalnız estetik görünüşün dəyişdirilməsi üçün deyil, nəfəsalma problemlərinin aradan qaldırılması məqsədilə də müraciət edilir. Lakin digər cərrahi müdaxilələr kimi, rinoplastikanın da müəyyən riskləri var.


Mövzu ilə bağlı professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, estetik əməliyyatların çoxalması sosial sifarişlərlə bağlıdır:

 

“Cəmiyyətdə bunu istəyən çox olduğu üçün, təbii ki, buna meyil edən həkimlərin də sayı artacaq. Rinoplastika əməliyyatı sadəcə bir dövrdür və ondan sonra o,yavaş-yavaş sönəcək. Demək olar ki,dünyanın heç bir yerində belə hal görünmür ki,insanların hamısı burunları ilə bir-birlərinə oxşayırlar.Xarici ölkələrdə bunu görmək olmur. Bəzi hallarda olur ki,burunda çox ciddi estetik qüsur olur. Burun çəpəri əməliyyat zamanı düzəldilə bilir və s. Amma bu əməliyyatın əsaslı ehtiyac olmadan aparılmasının,bəlkə cahilliklə,bəlkə də bəhsə getməklə əlaqəsi var. Bütün estetik əməliyyatlar,o cümlədən rinoplastika əməliyyatı da müəyyən klinik protokol üzrə aparılmalıdır. Xəstə tam yoxlanmalıdır və bilinməlidir ki, əməliyyat zamanı və əməliyyatdan sonrakı risklər mümkün qədər minimuma endirilsin”.

 

Adil Qeybullanın sözlərinə görə, estetik əməliyyatdan sonra baş verən ölüm hallarında əsas məsələ səbəblərin dəqiq müəyyənləşdirilməsi və mümkün səhvlərin araşdırılmasıdır:


“Xüsusən cavan bir insanın estetik əməliyyatdan sonra dünyasını dəyişməsi ciddi şəkildə araşdırılmalıdır.Çünki burada elə səhvlər ola bilər ki, bunlar elm üçün lazımdır, həmçinin həkimlər üçün də praktiki önəmi var”.

 

Aysun Xəlilova

#Burunəməliyyatı #risk #ölüm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər