Ritmik gimnastikada həyəcan başlayır
Ritmik Gimnastika Dünya Çempionatı sabah Braziliyada start götürəcək.
Türkiyə Gimnastika Federasiyasının məlumatına görə, Rio-de-Janeyro şəhərində keçiriləcək və 24 avqusta qədər davam edəcək yarışlarda fərdi kateqoriyada 77 ölkədən 104 idmançı, qrup kateqoriyasında isə 36 ölkədən 207 idmançı iştirak edəcək. Çempionatda Türkiyəni fərdi kateqoriyada Hatice Gökçe Emir, qrup kateqoriyasında isə Anika Rashitov, Arina Iunıashina, Aleyna Gürsoy, İrem Sırcan, Melek Duru Özen və Kseniia Iunıashina təmsil edəcək. Hazırlıqlarını başa vuran millilər artıq yarışların keçiriləcəyi Rio-de-Janeyro şəhərinə yollanıb.
Mənbə:TRT Haber
Nigar Həsənzadə
