00:00:00
Yazar
Hüseynova Mələk
17.06.2026 18:58 60 1 dəq oxuma
Dünya

Robert Köçəryanın toxunulmazlığı ləğv edilib

Robert Köçəryanın toxunulmazlığı ləğv edilib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) “Ermənistan” blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryana qarşı cinayət işinin başlanmasına razılıq verib.


“İnformator.az” xəbər verir ki, qərar Ermənistan Baş Prokurorluğunun müraciəti əsasında verilib.


Qeyd edək ki, ötən gün Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi barədə vəsatətlə Mərkəzi Seçki Komitəsinə (MSK) müraciət edib. 

Daha əvvəl də Zvartnots hava limanında Robert Köçəryanın ölkədən çıxışına imkan verilməyib. 

#Toxunulmazlıq #ləğv
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər