Robert Levandovski yoxsa Harri Keyn?
"Barselona" transfer üçün böyük həmlə etməyi düşünür. Robert Levandovskinin "Bayern Münhen" oyunçusu Harri Keyn ilə əvəz edilməsi gözlənilir.
Mövzu haqqında idman jurnalisti Ceyhun Rzayev "İnformator.az" a açıqlamasında bildirib ki, “Barselona”nın Harri Keyni istəməsi İngiltərənin “The Guardian” nəşrinin iddiasıdır:
“Artıq “Barselona” gələcəyi düşünür. Çünki Robert Levandovskinin 37 yaşı var, yaşlanıb. Ola bilsin ki, əvvəlki səviyyədə oynaya bilməsin. 1 il sonra indiki kimi çıxış edə bilməyəcək. Harri Keyn isə daha cavandır, Levandovskidən 5 yaş kiçikdir. 32 yaşı var və sərbəst qalma maddəsi 68 milyon avrodur. “Barselona” bu məbləği verə bilər. Nəyə görə məhz Harri Keyn? Hazırda dünyada mərkəz hücumçularının ən yaxşılarından biri məhz Harri Keyndir. Ən yaxşısı yəqin ki, Haalanddır, ondan sonrakı 3-5 hücumçudan biri isə Harri Keyndir”.
Nazim Xeyrxəbərli
