00:00:00
Yazar
Admin User
31.10.2023 16:24 821 2 dəq oxuma
Sosial

Robotexnikanın hədsiz inkişafı gələcəkdə hansı fəsadlara səbəb olacaq?

Robotexnikanın hədsiz inkişafı gələcəkdə hansı fəsadlara səbəb olacaq?

Texnologiya günbəgün əsaslı inkişaf mərhələlərindən keçir,mürəkkəblikdən sadəliyə doğru irəliləyir və ən əsası cəmiyyətin həyat tərzini komfortlaşdırmağa xidmət edir. Texnika sayəsində həyat şəraitimiz çox rahat hal alıb. Artıq yaşamımızın müxtəlif yerlərində tədricən “robot işçiliyinin” “insan əməyini” əvəz etdiyinin şahidi oluruq. Bəs yaxın gələcəkdə  bu komfortlaşma insanoğluna zərər yoxsa fayda verəcək?

 

Məsələ ilə bağlı, İnformasiya Kommunikasiya Texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev İnformator.az-a açıqlamasında deyir ki, müasir dünyada robotlar və süni intellekt həyatımızın müxtəlif sahələrində getdikcə daha çox nüfuz edir.

 

“Robotlar sənaye, tibb, təhsil və digər sahələrin ayrılmaz hissəsinə çevrilir. Robotlar həyatımızı daha rahat və məhsuldar etməklə yanaşı, həm də, bir sıra mənfi cəhətləri daşıyırlar.İş yerlərinin məhdudlaşması və ya itirilməsi: Avtomatlaşdırma və robot texnikasının tətbiqi insanlar üçün kütləvi iş yerlərinin ixtisarına səbəb ola bilər”.

 

Ekspert düşünür ki, əvvəllər əl işi tələb olunan iş yerlərinin tədricən robotlarla təchiz edilməsi, gələcəkdə böyük işsizlər ordusunun yaranmasına rəvac verəcək.

 

“Yaranmış kütləvi işsizlik və gəlirlərin azalması isə sosial və iqtisadi problemlərə yol açacaq. Robot texnikasının inkişafı ilə etik problemlər mövzusu haqqında tez-tez danışılır”.

 

Fərhad Mirəliyev həmçinin robot texnikasının inkişafı ilə etik problemlər mövzusu haqqında tez-tez danışıldığını da əlavə edib.

 

“Robotlar hərbi məqsədlər üçün və ya tibbi əməliyyat zamanı kritik qərarların verilməsində nəyə istinad etməlidirlər. Bəzi mütəxəssislər robotlar və suni intellekt üçün xüsusi davranış kodeksinin hazırlnamasının tərəfdarıdırlar. Məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı da kifayət qədər narahatlıq mövcuddur, çünki robotlar və süni intellekt böyük miqdarda şəxsi məlumatı toplayıb emal edə bilir".

 

İş adamı, İKT üzrə mütəxəssis Elvin Abbasov isə bu suala cavab vermək üçün robotexnikanın müxtəlif sahələrdə necə istifadə olunduğunu və onun insan həyatına hansı təsirlərini göstərdiyini nəzərə almaq lazım olduğunu deyir.

 

“Robotexnikanın hədsiz inkişafı insanların qismən fiziki işdən azad olmasına gətirib cıxarda bilər, insanların daha rahat və təhlükəsiz bir həyat yaşamağa kömək edə bilər. Amma eyni zamanda, robotların insanların işlərini əvəz etməsi, onların intellektual və maddi potensialını azaltmağı, maddi və mənəvi tənəzzülə və sosial əlaqələrinin zəifləməsinə səbəb ola bilir”.

 

Elvin Abbasovun sözlərinə görə, robotexnikanın hüquqi statusu, nüfuz və hakimiyyəti ilə bağlı problemlər də ortaya çıxa bilir.

 

“Hətta onlar insanlara qarşı tələbkar olmağı və mübarizə aparmağı da mümkündür. Bu bizi yeni etik, hüquqi və sosial problemlərlə üzləşdirə bilər. Bu problemləri həll etmək üçün biz robotexnikaya nisbətli münasibətimizi yenidən müzakirə etməliyik”.

 

Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər