Rodri zədə səbəbindən İspaniyanın Dünya Çempionatı seçmə oyunlarına qatıla bilməyəcək
İspaniya Futbol Federasiyası (RFEF) bazar ertəsi açıqlayıb ki, yarımmüdafiəçi Rodri zədə səbəbindən Gürcüstan və Bolqarıstana qarşı keçiriləcək DÇ-2026-nın seçmə oyunlarını buraxacaq.
"Manchester City"nin yarımmüdafiəçisi bu ilin may ayında ağır diz zədəsindən sonra səkkiz aylıq fasilədən dönüb. Lakin o, bazar günü "Brentford"a qarşı Premyer Liqa matçının ilk hissəsində (1:0) zədələnərək oyunu tərk edib. RFEF-in açıqlamasında bildirilib: "Bu qərar klub tərəfindən federasiyanın tibbi heyətinə təqdim olunan tibbi hesabatlara əsasən qəbul edilib". "Manchester City"nin baş məşqçisi Pep Guardiola ötən həftə bildirib ki, ötən il "Ballon d'Or"u qazanan Rodri hələ də dizinin tam bərpası üçün ən azı bir ilə ehtiyac duyur və həftədə üç oyun oynaya bilmir. Qeyd edək ki, İspaniya ötən ay E qrupundakı hər iki seçmə oyununu qələbə ilə başa vurub. Komanda bu şənbə Gürcüstanı, 14 oktyabrda isə Bolqarıstanı qəbul edəcək.
Reuters
Mələk Nəsirli
