00:00:00
Yazar
Admin User
08.02.2026 05:25 46 1 dəq oxuma
Dünya

Rodriqes ümumi amnistiya qanununu dəstəkləyib

Rodriqes ümumi amnistiya qanununu dəstəkləyib

Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes Bolivar Respublikasının Milli Assambleyasının (parlament) müzakirəsində olan ümumi amnistiya haqqında qanuna dəstəyini ifadə edib.

 

"İnformator.az" xəbər verir ki, Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.

 

"Mən Milli Assambleya tərəfindən amnistiya haqqında qanunun birinci oxunuşda yekdilliklə təsdiqlənməsini alqışlayıram", - deyən Rodriqes bu qanunun Venesuelada sülhə və barışığa xidmət etməli olduğunu vurğulayıb.

 

O qeyd edib ki, ədalət demokratik birgəyaşayışın təməl daşına çevrilməlidir. Rodriqes Venesuela xalqının ən ağır çətinliklərin öhdəsindən gəldiyini və məğlubedilməz qaldığını bildirərək azad və müstəqil Venesuelada birliyi qorumağa çağırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər