00:00:00
Yazar
Admin User
25.11.2025 18:10 90 1 dəq oxuma
İdman

Ronaldo Dünya Çempionatının açılış oyunlarında iştirak edə biləcək

Ronaldo Dünya Çempionatının açılış oyunlarında iştirak edə biləcək

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo gələn il keçiriləcək Dünya Çempionatının ilk oyunlarında iştirak edə biləcək. FIFA çərşənbə axşamı onun üç oyunluq cəzasının son iki matçını şərti olaraq dayandırdığını açıqlayıb.

 

Ronaldo bu ayın əvvəlində Dublində İrlandiyaya qarşı keçirilən seçmə mərhələnin sonuncudan əvvəlki oyununda Dara O'Shea-ya dirsəklə zərbə endirdiyinə görə qırmızı vərəqə almışdı və bu, onun beynəlxalq karyerasında ilk dəfə olub. Bu səbəblə Portuqaliya Ermənistan üzərində 9:1 hesablı qələbə qazandığı son qrup oyununu buraxıb. FIFA-nın qərarına əsasən, 40 yaşlı ulduz futbolçu üç oyunluq cəza alsa da, oxşar hadisə təkrarlanmadığı təqdirdə, qalan iki oyunu oynamasına icazə veriləcək. Bu da o deməkdir ki, Ronaldo Dünya Çempionatının başlanğıc oyunlarında iştirak edə biləcək.

 

Reuters 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər