00:00:00
Yazar
Elmira Ağayeva
20.10.2026 22:33 23 1 dəq oxuma
İdman

Ronaldo “Mançester Yunayted”i məyus etdi – Ten Haq

Ronaldo “Mançester Yunayted”i məyus etdi – Ten Haq

 

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonun klubda çıxış etdiyi dövrdə həm komandanı, həm də onu məyus etdiyini bildirib. O, “The Athletic” nəşrinə müsahibəsində portuqaliyalı futbolçu ilə bağlı qərarlarının komandanın maraqlarına uyğun olduğunu deyib.

Ten Haq Ronaldonu komandada görmək istədiyini və baş məşqçi vəzifəsinə başlamazdan əvvəl onunla danışmaq üçün Portuqaliyaya getdiyini açıqlayıb. Bununla belə, mütəxəssis futbolçunun həm hücumda, həm də müdafiədə kifayət qədər fəal olmadığını vurğulayıb.

Tərəflər arasında gərginlik 2022-ci ilin oktyabrında Ronaldonun “Tottenhem”lə oyunda əvəzetməyə çıxmaqdan imtina etməsindən sonra daha da artıb. Ten Haq növbəti oyunda portuqaliyalı hücumçunu heyətdən kənarlaşdırıb. Ronaldo isə həmin ilin noyabrında verdiyi müsahibədə baş məşqçiyə hörmət etmədiyini və klub tərəfindən xəyanətə uğradığını düşündüyünü bildirib. Nəticədə tərəflərin münasibətləri futbolçunun klubdan ayrılması ilə yekunlaşıb.

Ronaldo Ten Haqın rəhbərliyi altında 16 oyunda meydana çıxaraq üç qol vurub. Niderlandlı mütəxəssis 2024-cü ilin oktyabrında vəzifəsindən azad edilib. Onun rəhbərliyi dövründə “Mançester Yunayted” 2023-cü ildə Liqa Kubokunu, 2024-cü ildə isə İngiltərə Kubokunu qazanıb.

BBC News

Gülnar Mustafayeva

#Ronaldo #TenHaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər