00:00:00
Yazar
Admin User
11.11.2025 18:04 100 1 dəq oxuma
İdman

Ronaldo: “Tezliklə” dedikdə 1-2 ili nəzərdə tuturam

Ronaldo: “Tezliklə” dedikdə 1-2 ili nəzərdə tuturam

Cristiano Ronaldo verdiyi son açıqlamada “tezliklə” dediyi futbol karyerasını bitirmə vaxtını dəqiqləşdirib. Portuqaliyalı ulduz futbolçu bildirib ki, 1 və ya 2 ilə karyerasını başa vuracaq.

 

O, verdiyi müsahibədə ailəsinə daha çox vaxt ayırmaq istədiyi üçün yaxın zamanda futbolu buraxmağı planlaşdırdığını qeyd edib. Hazırda Səudiyyə Ərəbistanının “Al-Nassr” klubunda çıxış edən və 2027-ci ilə qədər müqaviləsi uzadılan Ronaldo eyni zamanda qarşıdakı Dünya Çempionatında iştirak etməyi və yeganə çatışmayan titulu qazanmağı hədəfləyir. Səudiyyə Ərəbistanında keçirilən turizm və investisiya sammitində video bağlantı ilə danışan Ronaldo zarafatla belə deyib: "Mənim üçün ‘tezliklə’ 10 il deməkdir… Zarafat edirəm". "Hazırda özümü əla hiss edirəm. Qollar vururam, sürətim, çevikliyim yerindədir. Milli komandada oyunumdan zövq alıram. Amma dürüst olsaq, ‘tezliklə’ dedikdə ehtimal ki, 1 və ya 2 ili nəzərdə tuturam".

 

Reuters 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər