Ronaldu "Əl-Nəsr"in heyətindən çıxarılıb
"Qızıl top"un beşqat sahibi, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında "Ər-Riyad" klubuna qarşı keçiriləcək oyunda "Əl-Nəsr"in heyətinə daxil edilməyib.
"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Portuqaliyanın "A Bola" nəşri Ronaldunun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yayıb. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır.
Xüsusilə də eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə "Əl-Nəsr"in daha zəif idarə olunduğunu düşünür. Ronaldu hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.
