00:00:00
Yazar
Admin User
03.02.2026 16:48 54 1 dəq oxuma
İdman

“Rəqabət olan yerdə inkişaf olur”

“Rəqabət olan yerdə inkişaf olur”

Azərbaycan I Liqası təmsilçisi “Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Fuad Bayramovun “Zirə”dən “Mingəçevir”ə keçməsi özü üçün yaxşı olub:

 

“Çünki bu mövsümdə oynamayıb, ötən mövsümdə də demək olar ki, oynamayıb. 1,5 ildir ki, oynamayır. Ehtiyyatda qalıb. Oyun praktikasından korlanırdı. Bu baxımdan əlbəttə ki, orada oynamaq həm onun üçün xeyirlidir, həm də “Mingəçevir” üçün, çünki Fuad yaxşı futbolçudur. "Mingəçevir”in hədəfi 1-ci liqada ilk 2 yeri tutub, yuxarı qalxmaqdır. O baxımdan “Mingəçevir” qazanıb. Ümumiyyətlə tək region klublarının yox, istənilən klubun güclənməsi həmin çempionatda rəqabətin artması deməkdir. Rəqabət olan yerdə inkişaf olur. Əlbəttə ki, Azərbaycan futbolu üçün müsbət haldır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər