00:00:00
Yazar
Admin User
24.11.2025 19:16 137 2 dəq oxuma
İdman

Rəqəmsal asılılıq və gənclər

Rəqəmsal asılılıq və gənclər

Son illərdə texnologiyanın sürətlə inkişafı ilə gənclər arasında rəqəmsal platformalara, sosial mediaya və onlayn oyunlara bağlılıq artır. Bu isə həm psixoloji, həm də sosial baxımdan müəyyən təsirlərə yol açır.

 

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, sözsüz ki, gənclərin həyatına sosial şəbəkələr çox güclü təsir göstərir:

 

“İlk növbədə yuxu pozğunluğu, diqqət dağınıqlığı yaranır və gündəlik həyata köklənmənin qarşısı alınır. Sosial ünsiyyət azalır, onlayn ünsiyyətə keçilir. Sosial asılılıq gənclərlə valideynlər arasında konfliktlər yaradır. Bir növ sosial münasibətlərə və gündəlik həyatımıza təsiri daha da gərgin vəziyyət almağa başlayır. Sosial şəbəkələr texnoloji asılılıq, qaçış mexanizması kimidir, çünki orada başqalarının həyatını izləmək bir növ onların həm çöküməsini, həm qəmgin hiss etməsini, onları izləyərək təsəlli almalarına gətirir. Mütləq dərəcədə təhsil müəssisələrində maarifləndirilməlidir. Təhsil müəssisələrində gənclərə həyatlarında nəyə nail ola biləcəkləri anladılmalıdır. Yuxu rejimi pozulur, diqqət dağınıqlığı yaranır, başqalarının həyatlarını müqayisə edərək özlərinə dəyər və sevgi azalmağa başlayır. Maarifləndirilməlidir ki, göstərilən hər bir həyat, paylaşımlar gerçək deyil, doğru məlumat deyil. Mütləq dərəcədə təhsil müəssisələri bunu şagirdlərə öyrətməlidir. Telefona, televizora az vaxt ayrılmalıdır, sosiallaşmalı, günlük hədəfə yönəlməli və hər gün bu hədəf artırılmalı, qısaca kiçik alışqanlıqlar formalaşdırılmalıdır.

Depressiya özünə inamsızlıq, dağınıqlıq və assosiallıq yaradır. Qumar asılılığı, oyun asılılığı zərərli vərdişlərə yönəlmə yarada bilər. Məsuliyyət hissini zəiflədir, tənbəlliyə meyillilik, bədəndə tonusun düşməsi və “rahat yola yönəlmək” kimi zərərli asılıqlar yarada bilər. Evdə televizorsuz zaman keçirmək və maarifləndirmək də vacibdir”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər