00:00:00
Yazar
Admin User
07.10.2023 15:22 714 1 dəq oxuma
Sosial

Rəşad Hüseynov ÜST-nin regional ofisinə təyinat aldı

Rəşad Hüseynov ÜST-nin regional ofisinə təyinat aldı

6 ildən artıq BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkədəki təmsilçisi olan Rəşad Hüseynov fəaliyyətini başa vurub. Bundan sonra R. Hüseynov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Regional Ofisində ÜST-nin Mərkəzi Asiya regionu üzrə kommunikasiya sahəsində fəaliyyətlərini əlaqələndirəcək.

Bu müddət ərzində müxtəlif layihələrin icrası və onların ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə dövlət qurmları, media, vətəndaş cəmiyyəti təşkilatları, təhsil müəssisələri və digər tərəfdaşlara minnətdarlığını bildirən Rəşad Hüseynov bu barədə özünün sosial şəbəkə hesabından məlumat verib. Bildirib ki, bu ilin sonuna kimi BMT-nin Qlobal Kommunikasiyalar Departamentini Süheylə Cəfərova təmsil edəcək.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər