00:00:00
Yazar
Admin User
07.01.2026 15:11 65 1 dəq oxuma
Dünya

Rəsmi Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən gəmini ələ keçirdiyini təsdiqləyib

Rəsmi Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən gəmini ələ keçirdiyini təsdiqləyib

ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya bayrağı altında üzən "Marinera" gəmisini yanvarın 7-də Moskva vaxtı ilə təxminən saat 15:00-da ələ keçirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, gəmi ilə əlaqə kəsilib. 24 dekabr 2025-ci ildə "Marinera" gəmisi Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq verilmiş Rusiya dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.

 

"1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, açıq dənizlərdəki sularda naviqasiya azadlığı tətbiq olunur və heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur",- Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər