00:00:00
Yazar
Admin User
28.01.2026 17:05 53 1 dəq oxuma
Dünya

Rubio: ABŞ Venesuelada yeni hərbi əməliyyat planlaşdırmır

Rubio: ABŞ Venesuelada yeni hərbi əməliyyat planlaşdırmır

ABŞ bu mərhələdə Venesuelada yeni hərbi əməliyyat planlaşdırmır.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Senatda dinləmə zamanı bildirib .

 

"Sizə indi böyük əminliklə deyə bilərəm ki, əməliyyat keçirmək niyyətində deyilik və hazırda Venesuelada heç bir hərbi əməliyyat gözləmirik", - deyə o bildirib.


Rubionun sözlərinə görə, Vaşinqton respublikada hərbi mövcudluğunu istəmir: "Hərbi mövcudluğumuz səfirliyin Amerika dəniz piyadaları tərəfindən qorunması ilə məhdudlaşacaq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər