Rubio açıqlayıb: Kubanı ciddi problemlər gözləyir
Kuba hökuməti Amerika hakimiyyəti üçün ciddi problem yaradır.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “NBC Nyus”a açıqlamasında deyib.
Amerika rəsmisi bildirib ki, Kuba hakimiyyətini ciddi problem gözləyir:
“Düşünürəm ki, onlar böyük problemin içindədirlər”.
Rubio Vaşinqtonun Havanaya qarşı hansı addımları atmaq niyyətində olduğunu açıqlamaqdan imtina edib.
