00:00:00
Yazar
Güllər Gülhüseynova
14.05.2026 08:52 18 1 dəq oxuma
Dünya

Rubio Çini ABŞ-nin əsas geosiyasi rəqibi adlandırıb

Rubio Çini ABŞ-nin əsas geosiyasi rəqibi adlandırıb

ABŞ-nin dövlət katibi Marko Rubio Çinin Vaşinqtonun əsas geosiyasi rəqibi olduğunu bildirib.


"İnformator.az" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

 

"Bəli, geosiyasi baxımdan bu, bizim əsas çağırışımızdır, eyni zamanda (Çinlə-red) münasibətlərimiz üzərində işləmək vacibdir", - Rubio qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ-nin maraqları Çinin maraqlarından fərqlənə bilər.

 

"Müharibələrdən qaçmaq, sülhü və sabitliyi qorumaq üçün bunu idarə etməliyik", - ABŞ dövlət katibi deyib.

#adlandırıb #baki #abş-nin #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər