Rumıniya Prezidenti Vaşinqtonda Sülh Şurasının iclasında iştirak edəcək
Rumıniya Prezidenti Nikuşor Dan 19 fevralda Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edəcək.
"İnformator.az" xəbər verir ki, Rumıniya dövlət başçısı bu barədə feysbukdakı səhifəsində xəbər verib.
O, tədbirdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iştirak edəcəyini bildirib. Rumıniya müşahidəçi kimi təmsil olunacaq.
"Beynəlxalq sülh səylərinə güclü dəstəyimizi və Qəzza zolağında yenidənqurma prosesində iştiraka hazır olduğumuzu bir daha bəyan edəcəyəm", - Dan qeyd edib.
