00:00:00
Yazar
Admin User
14.01.2026 10:35 63 1 dəq oxuma
Dünya

Rumıniyadan Sanduya cavab: Birləşməyə hazırıq!

Rumıniyadan Sanduya cavab: Birləşməyə hazırıq!

Buxarest Kişinyovla birləşmək barədə danışıqlara başlamağa hazırdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak deyib.

 

Onun sözlərinə görə, Moldova məqbul hesab edərsə, Rumıniya istənilən vaxt danışıqlar masasına oturmağa və bu ssenarini ciddi şəkildə müzakirə etməyə hazırdır:

 

“Rumıniya parlamenti bu təşəbbüsə 2018-ci ildə yekdilliklə səs verib. Bu, Rumıniya dövlətinin rəsmi mövqeyidir. Və o, dəyişməyib”.


Qeyd edək ki, yanvarın 12-də Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniyaya qoşulmasını dəstəklədiyini bildirib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər