00:00:00
Yazar
Elmira Ağayeva
17.06.2026 21:28 21 1 dəq oxuma
Siyasət

Rus freqatı İngilis kanalında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb

Rus freqatı İngilis kanalında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 16-da İngilis kanalında Britaniya bayrağı altında üzən "Bright Future" yaxtası Rusiyanın Admiral Grigorovich freqatına təhlükəli şəkildə yaxınlaşıb. Hərbi gəminin heyəti radio vasitəsilə əlaqə yaratmağa və xəbərdarlıq siqnalları verməyə çalışsa da, yaxta kursunu dəyişməyib.

 

Məsafə 150 metrə qədər azaldıqdan sonra freqatın komandiri xəbərdarlıq məqsədilə yaxtanın istiqamətinə tüfəngdən atəş açılması barədə qərar verib. Bundan sonra yaxta kursunu dəyişərək uzaqlaşıb.

 


Britaniya mediası hadisənin Böyük Britaniyanın ərazi sularında kənarda baş verdiyini bildirib. Hadisə nəticəsində zərərçəkən olmayıb. Britaniya Müdafiə Nazirliyi insidenti araşdırır. Rusiya tərəfi isə freqat heyətinin beynəlxalq dənizçilik qaydalarına uyğun hərəkət etdiyini vurğulayıb.


Tass 
Ədilə Hüseynzadə

#Rusiya #Britaniya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər