00:00:00
Yazar
Elmira Ağayeva
17.06.2026 18:51 53 1 dəq oxuma
Siyasət

Rus qüvvələri Donetskdə Belitskoye istiqamətində irəliləyir

Rus qüvvələri Donetskdə Belitskoye istiqamətində irəliləyir

 

Rus qoşunları Donetsk Xalq Respublikasında Rodinskoye yaxınlığındakı Belitskoye istiqamətində irəliləyir. Bu barədə hərbi ekspert Andrey Maroçko TASS agentliyinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, rus hərbçiləri hazırda Rodinskoyenin şimal-qərb istiqamətində, Belitskoye ərazisində əməliyyatlar aparırlar.

 

“Döyüşçülərimiz hazırda Rodinskoyedən şimal-qərb istiqamətində- Belitskoye rayonunda fəaliyyət göstərirlər. Qoşunlarımız bu sektorda, Rodinskoye yaxınlığında irəliləyişini davam etdirəcək”,- deyə Maroçko vurğulayıb.

 

Qeyd edək ki, aprel ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov “Mərkəz” qoşun qrupunun Dobropolye istiqamətində irəlilədiyini və Belitskoye uğrunda döyüşlərin davam etdiyini bildirib.

 

Belitskoye yaşayış məntəqəsi Dobropolyedən təxminən 10 kilometr məsafədə yerləşir.


TASS
Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər