Rusiya bildirib ki, Ukraynaya göndəriləcək istənilən xarici qoşunlar “legitim hədəf” hesab olunacaq
Rusiya cümə axşamı Ukraynada Qərb qüvvələrini “legitim hədəf” elan edən uzunmüddətli mövqeyini bir daha təsdiqləyib. Bu açıqlama Fransa və Böyük Britaniyanın sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildirməsindən bir neçə gün sonra verilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələrinin Ukrayna ərazisində hərbi bölmələr, hərbi obyektlər, anbarlar və digər infrastruktur yerləşdirməsi xarici müdaxilə kimi qiymətləndiriləcək. O, bu fikirləri Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun “İstəkli Koalisiya”nın son görüşündə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün çoxtərəfli qüvvə yerləşdirmək barədə imzaladıqları niyyət bəyannaməsinə cavab olaraq səsləndirib.
Cnn News
Ədilə Hüseynzadə
