00:00:00
Yazar
Admin User
12.01.2026 17:03 204 2 dəq oxuma
Dünya

Rusiya Britaniya müdafiə nazirini beynəlxalq axtarışa verə bilər

Rusiya Britaniya müdafiə nazirini beynəlxalq axtarışa verə bilər

Rusiya Prezidenti Vladimir Putini oğurlamaq istədiyini bildirən Britaniya müdafiə naziri Con Hilinin beynəlxalq axtarışa verilməsi təklif olunub.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Con Hilinin bu bəyanatı Rusiya da birmənalı qarşılanmayıb, onun beynəlxalq axtarışa verilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı iddialar səsləndirilib:

 

"Böyük Britaniyanın müdafiə nazirinin 2026-cı il yanvarın 9-da Kiyevə rəsmi səfəri baş tutub. Səfər zamanı Rusiya vasitəsilə “Oreşnik” tipli ballistik raketlərlə həm Kiyev, həm də Lvov şəhərləri atəşə tutulub. Müdafiə naziri Kiyevdə, raket zərbəsi nəticəsində zərər görmüş binalardan birinin qarşısında jurnalistlərə müsahibə verib. Müsahibə zamanı jurnalistlərdən biri ona “Dünya liderlərindən kimə qarşı konkret tədbir görmək istərdiniz?” sualını ünvanlayıb. Nazir cavabında bildirib: “Əlbəttə ki, Putinə qarşı. O, hərbi cinayətkardır. Mən onun həbs olunmasını və qanun qarşısında cavab verməsini istərdim. Öz gözlərimlə şahidi olduğum bu dağıntılar, oğurlanmış Ukrayna uşaqları ilə görüşüm mənə onun törətdiyi cinayətlərin miqyasını bir daha göstərib". Nazirin bu açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub və müxtəlif ölkələrin mətbuatında geniş şəkildə işıqlandırılıb. Con Hilinin bu bəyanatı Rusiya da birmənalı qarşılanmayıb, onun beynəlxalq axtarışa verilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı iddialar səsləndirilib. Hazırda Böyük Britaniya ilə Rusiya arasında münasibətlər kifayət qədər gərgindir. Xüsusilə də müdafiə nazirinin bu bəyanatından sonra münasibətlərdə əlavə gərginliyin yaranması təəccüblü deyil. Böyük Britaniya Rusiyanı, onun rəhbərliyini və siyasi fiqurlarını tez-tez hərbi cinayətlərdə ittiham edir. Bu istiqamətdə həm diplomatik bəyanatlar verilir, həm də konkret tədbirlər planı hazırlanaraq həyata keçirilir. Rusiya-Ukrayna müharibəsində Böyük Britaniyanın, Avropa İttifaqı ilə yanaşı, mühüm rolu və təsiri vardır. Ümumiyyətlə, Böyük Britaniya və Rusiya arasında münasibətlər müharibədən əvvəl də, sonra da davamlı olaraq gərginləşib".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər