00:00:00
Yazar
Zəhra Həsənova
12.06.2026 19:04 39 2 dəq oxuma
Siyasət

Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib

Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib

"Rosselxoznadzor" 2026-cı il iyunun 12-dən mənşəyi Ermənistan olan və oradan göndərilən bütün karantin altındakı məhsulların idxalını, eləcə də Rusiya vasitəsilə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə tranzitini məhdudlaşdırır.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,məhdudiyyətlər Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər:


“Ermənistan Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri hesab olunur. Ermənistan məhsullarına tətbiq edilən karantin məhdudiyyətləri uzun müddət davam edərsə, bu, ölkə iqtisadiyyatı üçün milyonlarla dollar itki demək ola bilər. Ermənistan dövlət büdcəsinin gəlirlərində ixrac mühüm yer tutur və xüsusilə Rusiyaya ixrac böyük paya malikdir. Buna görə də məhdudiyyətlərin uzunmüddətli olması iqtisadiyyata ciddi zərbə vura bilər. Qısa və orta müddətdə məhsulların daxili bazarda qalması məhsul bolluğu yaradacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Qərarın Ermənistanın ixrac imkanlarına və xarici ticarət dövriyyəsinə təsirinə gəlincə, bir sıra beynəlxalq ekspertlər bunun Moskva ilə İrəvan arasında mövcud olan siyasi gərginlikdən qaynaqlandığını iddia edirlər. Onların fikrincə, məhsullar fitosanitar problemlərə görə deyil, siyasi səbəblərdən karantin rejimində saxlanılır. Vacib məqamlardan biri də odur ki, belə hallarda məhsullar çox vaxt üçüncü ölkələr vasitəsilə həmin bazarlara çıxarılır. Böyük ehtimalla Ermənistan məhsullarının Gürcüstan üzərindən Rusiya bazarına yönləndirilməsi variantı nəzərdən keçirilə bilər. Bu məhdudiyyətlərin regiondakı ticarət marşrutlarına və qiymətlərə təsirinə gəldikdə isə, yaranmış vəziyyət Azərbaycan və Özbəkistan kimi ölkələrin Rusiya ilə ticarət həcmlərinin artmasına əlavə imkanlar yarada bilər”.

Arzu Poladova

#azərbaycan #baki #idxalını #rusiya #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər