Rusiya Kiyev və Xarkova hava hücumları təşkil edir
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə və Xarkov şəhərinə raket və pilotsuz təyyarə hücumları təşkil etdiyi bildirilir.
Kiyev meri Vitali Kliçko sosial mediada Rusiyanın şəhərə pilotsuz təyyarə hücumları təşkil etdiyini açıqlayıb.
Kliçko hücumlar nəticəsində Kiyevdəki bir uşaq bağçasına və bəzi binalara ziyan dəydiyini və mövcud məlumata görə, iki nəfərin yaralandığını bildirib.
Xarkov meri İqor Terexov da sosial mediada Rusiyanın gecə və səhər saatlarında şəhərə raket hücumları təşkil etdiyini açıqlayıb.Rusiya ordusu 2 İskəndər-M ballistik raketi və 183 pilotsuz təyyarə ilə hücumlar təşkil edib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasına görə, Rusiya Ukraynaya raket və pilotsuz təyyarələrdən istifadə edərək hücum etdi. Bəyanatda Rusiya ordusunun 2 "İskəndər-M" ballistik raketi və cəmi 183 "Şahad", "Gerbera" və "İtalmas" tipli PUA ilə hücumlar təşkil etdiyi qeyd edilib və hava hücumundan müdafiə qüvvələrinin 156 PUA-nı zərərsizləşdirdiyi əlavə edilib.Bəyanatda həmçinin iki raketin və digər PUA-ların ölkə daxilində 16 yerə zərbə endirdiyi bildirilir.
TRT Xəbər
Xədicə Məhərrəmli
