Rusiya Kiyevi vurub
"
Rusiya Ukraynaya növbəti kütləvi hücum həyata keçirib, raket və hücum dronlarından istifadə olunub. Gecədən səhərə qədər ruslar təxminən 500 dron və 40 raket buraxıblar”.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı Rusiyadan Ukrayna ərazisinə atılan PUA və raketlər arasında “Şahid” və “Kinjal”ların olduğunu, kütləvi hücumun hələ də davam etdiyini bildirib.
“Əsas hədəf Kiyevdir, enerji sistemi və mülki infrastruktura zərbələr endirilib. Təəssüf ki, adi yaşayış binalarına da zərbə və ziyan dəyib. Paytaxt və regionların bəzi rayonlarında elektrik və istilik yoxdur. Hazırda yanğınların söndürülməsi işləri aparılır”, - Zelenski vurğulayıb.
